Dəməşq ətrafında çoxlu miqdarda ABŞ silah və sursatı aşkar edilib
-
Dəməşq ətrafında çoxlu miqdarda ABŞ silah və sursatı aşkar edilib
Suriya ordusu dünən bu ölkənin paytaxtı Dəməşqin yaxınlığında tank əleyhinə bir neçə "tav" raketi daxil olmaqla çoxlu miqdarda ABŞ silah və sursatının aşkar edilməsindən xəbər verib.
Suriya ordusu bildirib ki, bu silah və sursatları Dəməşq ətafındakı məhəllələrdə axtarış və təmizləmə zamanı aşkar edibdir.
Bundan öncə də Suriya ordusu bu ölkənin müxtəlif nöqtələrində sionist rejimin və ABŞ daxil olmaqla Qərb ölkələrinin istehsalı olan silah və sursat anbarlarını aşkar edibdir.
Suriyada böhran region parametrlərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Ərəbistan, ABŞ və müttəfiqlərinin dəstək verdikləri terror qruplarının geniş hücumları ilə 2011-ci ildə başlanıbdır.
Suriya ordusu son zamanlar Rusiyanın dəstəyi və İran İslam Respublikasının hərbi məsləhətləri ilə bu ölkədə İŞİD terror qrupunun işini bitirə bildi.
Digər terror qrupları da məğlub olmaqdadırlar.