Yəməndə səud muzdurlar məhv ediliblər
-
Yəməndə səud muzdurlar məhv ediliblər
Əlhudəydəyə qarşı hücumların davam etməsilə səudiyyənin və əmirliklərin təcavüzkarları öz hücumlarının dördüncü günündə Əlhudəydə hava limanını ələ keçirməyə can atırlar.
Səud-amerikan təcavüzkarlarla Yəmənin ordusu və xalq komitələri qüvvələri arasında hava limanının qərb hissəsində gedən döyüşlərdə yəmənli döyüşçülər təcavüzkarları böyük tələfat və xəsarətə düçar edərək, onların hava limanına yaxınlaşmalarına mane olublar.
Kişi: Əlhudəydə savaşı amerikalıların fikirləri əsasında cərəyan edir. Amerika təcavüzkarlara bunu qəbul etdiribdir ki, hava limanının süqut etməsi onların qələbəsi deməkdir. Əlhudəydə hava limanı üç il bundan öncədən bağlıdır.
Yəmənin qərb cəbhələrində Yəmənin ordusu və xalq komitələri qüvvələri iki səudu hədəfə alıb və səudlardan asılı muzdurlardan beş nəfəri öldürüblər. Bununla bir zamanda, səud qırıcıları 16-cı kilometr məntəqəsinin bəzi hissələrini hücumlara məruz qoyublar.
Kişi: Allah-Taalanın köməkliyi ilə düşməni darmadağın edəcəyik. Yəmənlilər iradə ediblər ki, məğlub olmasınlar. Biz heç vaxt qüvvə cəzb etmək elanı verməmişik, zira xalq könüllü şəkildə cəbhələrə daxil olur.
Yəmənin şimal sərhədlərində də səud muzdurlar Nəcrandakı Əltəcaşu çölündə yəmənlilərin artilleriya hücumları hədəfinə çevriliblər.