Liberman: Heç kəs gücə söykənməklə Həmas-ı məhv edə bilməz
-
Liberman: Heç kəs gücə söykənməklə Həmas-ı məhv edə bilməz
Sionist rejimin istefa vermiş müharibə naziri deyib: Hərbi gücə söykənməklə Qəzzə zolağında Fələstin İslami Müqavimət Hərəkatı- Həmas məhv olmayacaqdır.
Sionist rejimin istefa vermiş müharibə naziri Aviqdor Liberman dünən bu rejimin 12-ci telekanalı ilə müsahibədə deyib ki, sionist rejim müharibəyə istinad etməklə Həmas-ı devirə bilmədiyinə görə, onun aradan götürülməsi üçün digər yollar axtarırdı.
Liberman bildirib ki, onun Qəzzəyə qarşı siyasətləri digər sionist başçıların tənqidlərinə tuş gəlibdir. Onun sözlərinə görə, sionist rejim öncə Qəzzə zolağının mühasirəsinin şiddətini azaltmaq, sonra isə Qəzzə sakinləri ilə birbaşa dialoq yolu ilə Həmas-ı bu parametrdən götürməyə çalışırdı.
Liberman müqavimət qruplarının raket hücumlarının ardınca sionist rejimin atəşkəsi qəbul etməyə məcbur olmasından sonra noyabrın on dördündə bildirdi ki, bu atəşkəs təslim olmaq deməkdir və o, sionist rejimin müharibə naziri kimi öz vəzifəsindən istefa verdi.
Fələstin müqavimət qüvvələri ötən günlərdə sionistlərin Qəzzə zolağına olan hücumlarına cavab olaraq, bu məntəqədən işğal olunmuş ərazilərə tərəf təqribən 500 raket atıblar.
Sionist rejimin "Əlyəum" qəzetinin yazdığına görə, Fələstin müqavimətinin son raket əməliyyatı sionist qəsəbə sakinlərinin 317 yaşayış obyektinə, 81 avtomobilinə, dörd əkin sahəsinə və bir neçə infrastruktur təsisatına xəsarət vurubdur.