Suriya sülh müzakirələrinin növbəti mərhələsi noybarın 28-i və 29-da keçiriləcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328364-suriya_sülh_müzakirələrinin_növbəti_mərhələsi_noybarın_28_i_və_29_da_keçiriləcək
BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan Di Mistura bildirib ki, Suriya sülh müzakirələrinin növbəti mərhələsi noybarın 28-i və 29-da Qazaxıstanın Astana şəhərində keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2018 06:46 Asia/Baku
  • Suriya sülh müzakirələrinin növbəti mərhələsi noybarın 28-i və 29-da keçiriləcək
    Suriya sülh müzakirələrinin növbəti mərhələsi noybarın 28-i və 29-da keçiriləcək

BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan Di Mistura bildirib ki, Suriya sülh müzakirələrinin növbəti mərhələsi noybarın 28-i və 29-da Qazaxıstanın Astana şəhərində keçiriləcək.

Qazaxıstanın Astana şəhəri 2017-ci ilin yanvarından bəri Suriya barədə 9 tur danışığa ev sahibliyi edibdir.

Stefan Di Mistura BMT-nin Təhlükəsizlik Şurasında ən yeni Suriya olaylarının araşdırılması üzrə yığıncaqda bildirib ki, milyonlarla suriyalı mühacirin könüllü surətdə öz ölkəsinə geri dönməsi üçün zəmin yaradılmalıdır.

O, deyib: İdlib razılaşmasının icrası sahəsində yaxşı irəliləyişə malik olmuşuq.

İran, Rusiya və Türkiyə Astana sülh zəmanətçisi ölkələri kimi Suriyadakı səkkizillik savaşın həlli üzrə yolun ardıncadırlar və hazırda Suriya hökumətinin tərəfdarları və müxaliflərini suriyalı-suriyalı dialoq yığıncağı formasında bir-birinin ətrafına toplaya biliblər.

Üç ölkənin bu addımı Suriyadakı böhrana son qoymaq üzrə ən təsirli beynəlxalq səy hesab olunur.