Ərəbistanın Əlhudəydəyə qarşı hava hücumları bərpa edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328368-Ərəbistanın_Əlhudəydəyə_qarşı_hava_hücumları_bərpa_edilib
Yəmənin Əlhudəydə şəhərində atəşkəs üzrə səylərə rəğmən, Ərəbistan qırıcıları bir daha bu şəhərin bəzi məntəqələrini bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2018 08:55 Asia/Baku
  • Ərəbistanın Əlhudəydəyə qarşı hava hücumları bərpa edilib
    Ərəbistanın Əlhudəydəyə qarşı hava hücumları bərpa edilib

Yəmənin Əlhudəydə şəhərində atəşkəs üzrə səylərə rəğmən, Ərəbistan qırıcıları bir daha bu şəhərin bəzi məntəqələrini bombalayıblar.

Ərəbistan qırıcıları dünən axşamçağı on dəfədən çox Əlhudəydə şəhərinin bəzi məntəqələrini bombalayıblar.

Belə bir halda, ötən günlər ərzində təcavüzkar səud koalisiyası bildirmişdi ki, Əlhudəydə limanına qarşı hücumlarını dayandırıbdır.

Yəmənli qüvvələr də səud koalisiyasının hücumlarının davam etməsinə cavab olaraq bu gün səhər tezdən bir ədəd “Bədr-1” ballistik raketini səud muzdurlarının Səna şəhərinin şimal-şərqində yerləşən “9-cu fərzə” məntəqəsindəki bazasına tərəf atıblar. Nəticədə bir qrup muzdur məhv olubdur.

Yəmənli mənbələrin sözlərinə görə, bu raket dəqiq şəkildə “9-cu fərzə” məntəqəsinin aşağısında yerləşən muzdurların mövqelərinə düşüb və nəticədə bir qrup səud muzduru ölübdür.