Yəmən Ənsarullahının baş katibi: İsrail ilə əlaqələrin adiləşdirilməsini pisləyirik
Yəmən Ənsarullahının baş katibi əziz islam peyğəmbəri həzrət Muhəmmədin(s.ə) milad şənlikləri münasibəti ilə etdiyi çıxışında deyib: Yəmən bəzi region ölkələrinin sionist rejim ilə əlaqələrin adiləşdirilməsinə dair cəhdlərini pisləyir.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ənsarullah hərəkatının baş katibi Əbdülmalik Əl-Husi dünən etdiyi çıxışında ölkəsinin xalqının fələstinlilər və müqavimət qruplarının kənarında durduğunu vurğulayıb və Fələstin muxtariyyətini fələstinlilərin tələblərinin reallaşması istiqamətində hərəkət etməyə çağırıb.
Əl-Husi qələbənin səbir nəticəsində hasil olacağını bildirərək Yəmən xalqını öz həmrəyliyini qoruyub-saxlayaraq yoxlullara yardım etməyə Səudiyyə-Amerika-BƏƏ planları ilə mübarizə aparmağa çağırıb.
Əl-Husi Yəmən rəsmilərinin xalqa xidmət göstərməkdə məsuliyyət daşıdıqlarını bildirərək onları durumun yaxşılaşdırılması üçün əllərindən gələni etməyə, xalqın tələblərinin təmini istiqamətində səy göstərməyə çağırıb.
Ənsarullah rəhbəri sülhün ədalətli şəraitdə əldə olunmalı olduğunu bildirərək deyib: Biz öz milli hüququmuzu istəyirik və vətəni və xalqı müdafiə istiqamətində heç bir səydən əsirgəməyəcəyik və ədalətli sülhə şərait yaranarsa öhdəlik qəbul edəcəyik.