Kabildə 4 İŞİD üzvü yaxalanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328480-kabildə_4_İŞİd_üzvü_yaxalanıb
Əfqanıstan Milli Təhlükəsizlik Müdirliyi bir bəyanatda bu ölkənin paytaxtı Kabildə dörd İŞİD terrorçusunun həbs edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2018 07:35 Asia/Baku
  • İŞİD üzvü yaxalanıb
    İŞİD üzvü yaxalanıb

Əfqanıstan Milli Təhlükəsizlik Müdirliyi bir bəyanatda bu ölkənin paytaxtı Kabildə dörd İŞİD terrorçusunun həbs edilməsindən xəbər verib.

Əfqanıstan Milli Təhlükəsizlik Müdirliyi, bu terroristlərdən müəyyən miqdarda silah və döyüş sursatının ələ keçirildiyini bildirib.

Bu terrorçular Kabildə intihar əməliyyatı keçirməyi planlaşdırırmışlar.

Kabil çərşənbə axşamı günü bir terror hücumunun şahidi olmuşdu.

Əziz İslam Peyğəmbəri(s.ə.s)-in mövlud günü ilə bağlı keçirilən mərasimə qarşı törədilmiş bu intihar hücumunda azı 60 nəfər ölmüş, 80 nəfər də yaralanmışdı.

Son aylarda Əfqanıstanın müxtəlif məntəqələrində terror hücumları və partlayışların sayı artıbdır. Bu ölkədə əmin-amansızlığın artması xalqın etirazına səbəb olubdur.

İŞİD terror qrupu Əfqanıstanın müxtəlif məntəqələrindəki hücum və partlayışların əksər hissəsinin məsuliyyətini qəbul edibdir.