Sionist rejim zabiti bu rejim ordusunun qarışıq durumunu etiraf edib
Bir sionist rejim zabiti bu rejim ordusunun zəifliyi və problemlərindən xəbər verib.
Sionist Haarets qəzetinin yazdığına görə, sionist rejim ordusunun ehtiyatda olan generalı İtshak Berik deyib ki, sionist rejim ordusunun komandanları problemləri, pozuntuları və çatışmazlıqları ifşa etmirlər, halbuki sionist rejim ordusunun insan qüvvəsində şiddətli böhran mövcuddur.
General Berik avqust ayında da sionist rejim ordusunun müharibəyə hazır olmamasına dair hesabatı bu ordunun baş qərargah rəisi Qadi Ayzenkota təqdim etmişdi.
Hərçənd sionist rejim Amerikanın güclü himayəsi altındadır və bəzi ərəb ölkələri ilə əlaqələrin adiləşdirilməsini izləyir, amma Qəzzə zolağında müqavimət qüvvələri ilə son döyüşlər və bu rejimin nazirlər kabinetinin zəifləməsi göstərdi ki, sionist rejim nə qədər zəif və acizdir və müqavimət qruplarının önləyicilik qabiliyyəti hər zamandakından daha çox olubdur.