Sərhədsiz Məruzəçilər Təşkilatı səud rejiminin siyasi fəallara qarşı zorakılığının dayandırılmasını istəyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328540-sərhədsiz_məruzəçilər_təşkilatı_səud_rejiminin_siyasi_fəallara_qarşı_zorakılığının_dayandırılmasını_istəyib
Sərhədsiz Məruzəçilər Təşkilatı səud rejiminin siyasi fəallara qarşı zorakılığının dayandırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2018 11:26 Asia/Baku
  • Sərhədsiz Məruzəçilər Təşkilatı səud rejiminin siyasi fəallara qarşı zorakılığının dayandırılmasını istəyib

Sərhədsiz Məruzəçilər Təşkilatı səud rejiminin siyasi fəallara qarşı zorakılığının dayandırılmasını istəyib.

Sərhədsiz Məruzəçilər Təşkilatı bir twitt-də səud rejiminin bu rejimin məhbəslərindəki siyasi fəallara və jurnalistlərə qarşı zorakılığının dayandırılması üçün dünya ictimaiyyətinin təzyiq göstərməsini istəyib.

Sərhədsiz Məruzəçilər Təşkilatı bundan öncə də bir twitt-də yazmışdı ki, Ərəbistanda həbsdə olan şəxslər, o cümlədən jurnalistlər və yazarlar cismani və ruhi işgəncələrə, həmçinin cinsi zorlamalara məruz qalırlar.

Belə bir halda, Beynəlxalq Amnistiya Təşkilatı və Human Rights Watch təşkilatı da çərşənbə axşamı günü Ərəbistanı 2018-ci ilin mayından səudların həbsində olan bir neçə qadın daxil olmaqla bir qrup insan haqları fəalını işgəncəyə və zorlamaya məruz qoymaqda ittiham ediblər.