Qrifits: Yəmən Ənsarullahı sülhə hazırdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328656-qrifits_yəmən_Ənsarullahı_sülhə_hazırdır
Birləşmiş Millətlər Təşkilatının baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi dünən gecə bu ölkənin qərbind Əl-Hədidə şəhərində yəmənli rəsmilərlə görüşlərini müsbət qiymətləndirib və deyib: Ənsarullah Hərəkatı Sülhə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2018 13:34 Asia/Baku
  • Qrifits: Yəmən Ənsarullahı sülhə hazırdır
    Qrifits: Yəmən Ənsarullahı sülhə hazırdır

Birləşmiş Millətlər Təşkilatının baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi dünən gecə bu ölkənin qərbind Əl-Hədidə şəhərində yəmənli rəsmilərlə görüşlərini müsbət qiymətləndirib və deyib: Ənsarullah Hərəkatı Sülhə hazırdır.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Martis Qrifits bildirib ki, yaxın günlərdə bütün yəmənli qrupların İsveçdə sülh müzakirələrinə qatılacaqlarına ümid edir. 

BMT baş katibinin xüsusi nümayəndəsi çərşənbə günü Yəmən üzrə müzakirələrin yeni mərhələsi barədə danışıqlar aparmaq məqsədi ilə Sənaya daxil olub. 

Martin Qrifits Sənada Ənsarullah Hərəkatının baş katibi Əbdülmalik Bədrəddin Əl-Husi, Yəmən ali siyasi şurasının sədri Mehdi Əl-Məşat ilə görüşüb. 

Qrifist dünən də Əl-Hədidə limanındakı durumu yaxından öyrənmək üçün bu şəhərə baxış keçirdi. 

Təcavüzkar Səudiyyə koalisiyası 13 iyundan başlayaaq Yəmənin qərbində Əl-Hədidə limanına qarşı geniş hücumlar həyata keçirir.