Səud koalisiyasının Həccəyə qarşı hava hücumunda 9 nəfər ölüb və yaralanıb
-
koalisiyasının Həccəyə qarşı hava hücumunda 9 nəfər ölüb və yaralanıb
Təcavüzkar səud koalistiyasının Yəmənin Həccə əyalətinin Mustəba məntəqəsindəki bir yanacaqdoldurma mərkəzinə qarşı hava hücumunda azı dörd nəfər ölüb, beş nəfər də yaralanıbdır.
Təcavüzkar səud qırıcıları Əlləhiyyə şəhərinə qarşı da üç hava hücumu həyata keçiriblər. Səud qırıcıları digər üç hücumu da Əlhudəydə əyalətinin Əlcərrahi rayonuna qarşı həyata keçiriblər.
Təcavüzkar səud qırıcıları Əlhudəydə əyalətinin Əlzəfəran məntəqəsini də iki növbədə bombardman ediblər. Eyni zamanda səud muzdurlarının Əlhudəydənin bəzi məntəqələrinə qarşı artilleriya hücumu həyata keçirilibdir.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.