Əlvifaq: Ali-xəlifə parlament seçkilərinin nəticələrinə aydınlıq gətirsin
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328747-Əlvifaq_ali_xəlifə_parlament_seçkilərinin_nəticələrinə_aydınlıq_gətirsin
Bəhreyndə Əlvifaq cəmiyyəti ali-xəlifə rejiminin bu ölkənin parlament seçkilərinin nəticələrinə aydınlıq gətirməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2018 09:33 Asia/Baku
  • Əlvifaq: Ali-xəlifə parlament seçkilərinin nəticələrinə aydınlıq gətirsin
    Əlvifaq: Ali-xəlifə parlament seçkilərinin nəticələrinə aydınlıq gətirsin

Bəhreyndə Əlvifaq cəmiyyəti ali-xəlifə rejiminin bu ölkənin parlament seçkilərinin nəticələrinə aydınlıq gətirməsini istəyib.

Bəhreyndə Əlvifaq cəmiyyəti bir bəyanat yayaraq bildirib: Xalq tərəfindən zahiri seçkilərin boykot edilməsinin geniş olmasına görə və ali-xəlifə rejiminin iddialarının əksinə olaraq, zahiri parlament və bələdiyyə seçkilərində iştirak miqdarı 28-30 faiz olubdur.

Bu bəyanatda deyilir: Seçkilərin keçirildiyi zaman boyu bütün seçki məntəqələri boş olub və bəhreynin ədliyyə naziri Xalid bin Əli ali xəlifə tərəfindən elan olunmuş 67 faizlik seçki iştirakı göstəricisi heç bir vəchlə həqiqətə uyğun deyildir.

Bəhreyn əhalisinin 80 faizini təşkil edən bu ölkə şiələri dünənki seçkiləri boykot etmişdilər.