Yəmən səud koalisiyası komandanlarının iclası məkanına qarşı pilotsuz hücumu edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328835-yəmən_səud_koalisiyası_komandanlarının_iclası_məkanına_qarşı_pilotsuz_hücumu_edib
Yəmən ordusu və xalq komitələrinin pilotsuz uçan aparat bölməsi dünən gecə təcavüzkar səud koalisiyası komandanlarının Marəb əyalətində keçirilən iclas məkanını yerli "Qasif-1" pilotsuzu ilə hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2018 07:25 Asia/Baku
  • Yəmən səud koalisiyası komandanlarının iclası məkanına qarşı pilotsuz hücumu edib
    Yəmən səud koalisiyası komandanlarının iclası məkanına qarşı pilotsuz hücumu edib

Yəmən ordusu və xalq komitələrinin pilotsuz uçan aparat bölməsi dünən gecə təcavüzkar səud koalisiyası komandanlarının Marəb əyalətində keçirilən iclas məkanını yerli "Qasif-1" pilotsuzu ilə hədəfə alıb.

Yəməndəki bir hərbi mənbə deyib ki, bu əməliyyat səud komandanlarının yerləşdikləri məkan dəqiq şəkildə müəyyən edildikdən sonra həyata keçirilibdir.

Yəmənin pilotsuz uçan aparat bölməsi noyabrın 16-da da "Qasif-1" pilotsuzu ilə səud hərbçilərin Marəb əyalətində yerləşən təlim qarnizonunu hədəfə almışdı. 

Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli mühasirəsinə rəğmən, günbəgün artmaqdadır.

Səud rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.