Hələb uşaqları təkfirçilərin kimyəvi hücumlarından qorxurlar
-
Hələb uşaqları təkfirçilərin kimyəvi hücumlarından qorxurlar
Hələbdə zəhərli qazlara malik mərmilərin atılmasının ardınca bu Suriya şəhərində zərər çəkmiş mülkilərin sayı 107 nəfərə çatıbdır.
Terror qrupları Suriyada bir çox məntəqəni raket hücumlarına məruz qoyublar. Terrorçuların Suriya vətəndaşlarına tərəf atdıqları raketlər zəhərli qazlara malik başlıqlar daşıyıblar. Bu üzdən, 100-dən çox Suriya vətəndaşı zəhərli qazlarla tənəffüs nəticəsində zərər çəkdiyinə görə, Hələbdəki dövlət xəstəxanalarına köçürülübdür. Əlminar telekanalının müxbiri Hisam əl-Əli bir reportajda deyib: Bu uşaqların üzlərində qorxu və dəhşət nişanələri görünür.
Bu uşaqlar indiyədək ölüm qoxusunu zəhərli qazlarla tənəffüs etməklə təcrübə etməmişdilər. Belə bir halda, terrorçular bu uşaqların kiçikliyini hədəfə alıblar. Onların ailələri də hərbi vasitələr və hər gün ölüm qoxusu saçan mərmilərlə əlbəyaxa olurlar. Terrorçuların Suriya vətəndaşlarına qarşı sonuncu hücumu Hələb şəhərində yerləşən əl-Nəbil küçəsində, yerli bazarda və əl-Zəhra və əl-Şəhbai əl-Cədidə cəmiyyətində həyata keçirilib. Terrorçular zəhərli qazlara malik raketləri bu məntəqələrə tərəf atıblar. Onlar bu cinayətlə bu məntəqədə yaşayan Suriya vətəndaşları üçün tənəffüsün böyük çətinliklə üzləşməsinə bais olublar. Nəfəs çatışmazlığı ilə üzləşənlərin əksər hissəsi Hələbdəki dövlət xəstəxanalarına köçürülmüş uşaqlar və qadınlardır.
Silahlı terrorçuların hərəkətləri onlar tərəfindən dünya ictimaiyyətinə və Soçi iclasındakı əlaqədar cərəyanlara bir mesajdır. Onlar bu hərəkətlərlə bu mesajı veriblər ki, Soçi iclasının gərginliyin azaldılması məntəqəsinin yaradılması barədəki qərarlarını daim pozur və Suriyadakı siyasi həll yollarını aradan götürürlər.