Səudiyyə bazası Yəmən raketlərinin hədəfinə çevrilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329059-səudiyyə_bazası_yəmən_raketlərinin_hədəfinə_çevrilib
Yəmən ordusu və xalq komitələrinin raket bölməsi bu gün səhər Səudiyyə Ərəbistanının cənubunda Nəcran bölgəsində Sudiyyə pilotlarının yaşayış kompleksi və apaçi vertolyotlarının saxlanıldığı bazanı raketlə hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2018 06:50 Asia/Baku
  • Səudiyyə bazası Yəmən raketlərinin hədəfinə çevrilib

Yəmən ordusu və xalq komitələrinin raket bölməsi bu gün səhər Səudiyyə Ərəbistanının cənubunda Nəcran bölgəsində Sudiyyə pilotlarının yaşayış kompleksi və apaçi vertolyotlarının saxlanıldığı bazanı raketlə hədəfə alıblar.

İRİB-in verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələrinin raket bölməsi raketlərin dəqiqliklə hədəfi vurduğunu bildirərək bu hücumda 2 səudiyyəli pilotun öldüyü, bir neçə apaçi vertolyotun məhv edildiyini vurğulayıb. 

Nəcranı hədəfə alan raketlər həmçinin geniş yanğınlara və yanğının vertolyotlarda istifadə olunan silah anbarına yayılmasına səbəb olub.