ABŞ-ın başçılıq etdiyi koalisiya qırıcıları Deyrəzzuru vurdu
Noy 29, 2018 10:02 Asia/Baku
ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının qırıcıları çərşənbə günü Suriyanın Deyrəzzur vilayətində yerləşən Həcin kəndini bombalayıblar.
Əl-Aləm kanalının verdiyi məlumata görə, bu hücumda 6 nəfər həlak olub.
ABŞ-ın başçılıq etdiyi koalisiya qırıcıları ötən həftələr ərzində Deyrəzzurun müxtəlif məntəqələrini o cümlədən Həcin kəndini intensiv şəkildə hücuma məruz qoyublar. Bu hücumlarda qadağan edilmiş fosfor bombalarından da istifadə edilib.
Suriya hökuməti dəfələrlə BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın cinayətlərinə son qoyulmasını istəyib.