ABŞ koalisiyanın Suriyanın şərqinə qarşı hava hücumunda otuzdan çox mülki öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329171-abŞ_koalisiyanın_suriyanın_şərqinə_qarşı_hava_hücumunda_otuzdan_çox_mülki_öldürülüb
Amerikanın başçılıq etdiyi koalisiya qırıcılarının Suriyanın Diyrəzzur məntəqəsinin ətrafında yerləşən əl-Şəəfə kəndinə qarşı hücumunda otuzdan çox suriyalı mülki öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2018 15:43 Asia/Baku
  • ABŞ koalisiyanın Suriyanın şərqinə qarşı hava hücumunda otuzdan çox mülki öldürülüb

Amerikanın başçılıq etdiyi koalisiya qırıcılarının Suriyanın Diyrəzzur məntəqəsinin ətrafında yerləşən əl-Şəəfə kəndinə qarşı hücumunda otuzdan çox suriyalı mülki öldürülüb.

Amerikanın başçılıq etdiyi sözdə "anti-İŞİD" koalisiyasının qırıcıları əl-Şəəfə kəndini və ondakı bir xəstəxananı bombalayıblar.

Amerika dəfələrlə İŞİD-in mövqelərinə hücum bəhanəsilə Diyrəzzurdakı yaşayış massivlərini bombalayıbdır. Təqribən bir ay bundan öncədən bəri Suriyanın şərqində yüzdən çox mülki ölüb, yüzlərlə nəfər də yaralanıbdır.

Suriya hökuməti amerikan koalisiyanı qanunsuz bilir, zira BMT Təhlükəsizlik Şurasının və Suriyanın rəsmi hökumətinin icazəsi olmadan hərəkət edir.