Son 6 ildə 794 bəhreynlinin vətəndaşlığı əlindən alınıb
Noy 30, 2018 18:05 Asia/Baku
Bəhreyndə demokratiya və insan haqları naminə sülh təşkilatı bu gün twitter-də bildirib ki, 2012-ci ildən bəri 794 bəhreynlinin vətəndaşlığı əlindən alınıbdır.
Ali-xəlifə rejiminin zahiri məhkəmələri daim bəhreynli inqilabçıları puç ittihamlarla vətəndaşlığının əlindən alınmasına, edama və ya uzunmüddətli həbslərə məhkum edirlər.
Beynəlxalq təşkilatlar indiyədək dəfələrlə ali-xəlifə rejiminə siyasi və ictimai fəalların yatırılmasını şiddətləndirməsi barədə xəbərdarlıq ediblər.
Bəhreyn 2011-ci ilin 14 fevralından ali-xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.