Səudiyyə qırıcıları Əl-Hədidəyə hücum ediblər
-
Səudiyyə qırıcıları l-Hədidəyə hücum ediblər
Səudiyyə Ərəbistanının hərbi təyyarələri dünən gecə Yəmənin qərbində Əl-Hədidə vilayətinin Əl-Huk rayonunu bombalayıblar.
İRİB-in verdiyi məlumata görə, bu hücumda 3 mülki ölüb və 7 nəfər yaralanıb.
Səudiyyə qırıcıları dünən günortadan sonra da Əl-Kəramə kəndini bombalaylblar, nəticə də bir mülki ölüb.
Təcavüzkar Səudiyyə koalisiyası 13 iyundan bəri Əl-Hədidə limanını işğal etməyə cəhd göstərir.
Əl-Hədidə limanı Yəmənə humanitar yardımların ən əsas marşrutu hesab olunur..
BMT humanitar yardımlar üzrə koordinatoru son vaxtlar bildirib ki, Yəməndə durum son dərəcə acınacaqlıdır.
Lis Qrandi Səudiyyə koalisiyasının Əl-Hədidəyə intensiv hücumlarına toxunub və bildirib ki, yəmənli ailələr hava hücumlarına görə qorxu içində yaşayırlar.
Qrandi öncə də Əl-Hədidəyə insani faciənin baş verəcəyi barədə xəbərdarlıq edərək bildirmişdi ki, bu limada yüz minlərlə mülki ölüm təhlükəsi ilə üz-üzədir.