Ali-Səudun yəmənlilərə qarşı cinayətləri davam edir
Dek 02, 2018 06:45 Asia/Baku
-
yəmənlilərə qarşı cinayətləri davam edir
Səudiyyə koalisiyasının Əl-Hədidə və Sədə vilayətlərinə hava hücumlarında 6 yəmənli mülki ölüb 11 nəfər yaralanıb.
İRNA-nın verdiyi məlumata görə, Səudiyyə koalisiyası hərbi təyyarələri dünən gecə Əl-Hədidənin Əl-huk rayonunda Darussalam xəstəxanasının yaxınlığını bombalayıblar.
Bu hücumda 3 yəmənli mülki ölüb başqa 7 nəfər o cümlədən də qadın və uşaqlar yaralanıb.
Səudiyyə PUA-larının Əl-Hədidə limanında yaşayış məntəqələrinin hədəfə alması nəticəsində isə iki nəfər ölüb və 4 nəfər yaralanıb.
Bir yəmənli də dünən Sədə vilayətinin Baqim bölgəsinə hücumda ölüb.