Səudiyyənin Livandakı səfirliyi önündə "Yəməndə müharibəyə yox!" fəryadı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329295-səudiyyənin_livandakı_səfirliyi_önündə_yəməndə_müharibəyə_yox!_fəryadı
Livanlı və fələstinli anti-müharibə fəalları Yəməndə müharibənin və səud koalisiyasının cinayətlərinin davam etməsinə etiraz olaraq, Ərəbistanın Beyrutdakı səfirliyi önündə aksiya keçirərək, "Ali-səuda ölüm!" və "Yəməndə müharibəyə yox!" şüarı veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2018 15:20 Asia/Baku
  • Səudiyyənin Livandakı səfirliyi önündə
    Səudiyyənin Livandakı səfirliyi önündə "Yəməndə müharibəyə yox!" fəryadı

Livanlı və fələstinli anti-müharibə fəalları Yəməndə müharibənin və səud koalisiyasının cinayətlərinin davam etməsinə etiraz olaraq, Ərəbistanın Beyrutdakı səfirliyi önündə aksiya keçirərək, "Ali-səuda ölüm!" və "Yəməndə müharibəyə yox!" şüarı veriblər.

"Bura Yəməndir" kampaniyasının fəalları bu gün əllərində qanlarına qəltan edilmiş yəmənli uşaqların təsvirlərini, həmçinin üzərlərində "Yəmən müharibəsinə son qoyun!" və "Qantökənlərə ar olsun!" şüarları yazılmış plakatlar tutaraq, özlərini Ərəbistanın Beyrutun "Bəlis" küçəsində yerləşən səfirliyinə yaxınlaşdırmağa çalışıblar.

Aksiya iştirakçıları səud rejimini və təcavüzkarların Yəməndəki cinayətlərini pisləyən şüarlar verməkdən əlavə, səud rejiminin tənqidçisi olan jurnalist Camal Qaşıqçının qətlini pisləyiblər.