Suriyanın cənubunda 270 terrorçu məhv edilib
-
Suriyanın cənubunda 270 terrorçu məhv edilib
Suriyadakı Rusiya qüvvələrinin sözçüsü deyib: Suriya ordusu bir əməliyyatda təqribən 250 İŞİD terrorçusunu Suvəyda vilayətində məhv edib.
Sputnik-in verdiyi məlumata görə, Oleq Makaroviç bu barədə verdiyi açıqlamada deyib: Suriya ordusu bu əməliyyat zamanı çoxlu sayda terrorçunu məhv etməklə yanaşı, onlara məxsus külli miqdarda silah və hərbi sursat o cümlədən ABŞ istehsalı olan 12 ədəd tank əleyhinə "TAV" raketi ələ keçirib.
İŞİD terror qruplaşmasının üzvləri 25 ilyulda ABŞ-ın işğalı altında olan ərazidən Suveydə vilayətinə hücum edərək, 250 nəfəri qətlə yetirmişdilər. Öldürülənlər arasında 30-a yaxın qadın və uşaq da olub.
Suriyada təhlükəsizlik böhranı regionda qüdrət balansını İsrail rejiminin xeyrinə dəyişmək məqsədi ilə ABŞ və Ərəbistanın himayəsində olan terrorçuların 2011-ci ildə Suriyaya hücum etməsi ilə başlandı.