Dek 03, 2018 19:14 Asia/Baku
  • Bin Salmanın mətbuat konfransı ləğv edildi - Əlcəzairdə
    Bin Salmanın mətbuat konfransı ləğv edildi - Əlcəzairdə

Ərəbistan vəliəhdinin Əl-Cəzairə olan səfərinə qarşı etiraz dalğasının davamında Bin Salmanın mətbuat konfransı ləğv edilib.

Əl-Məyadin kanalının verdiyi məlumata görə, Bin Salmanın mətbuat konfransı ləğv edilib və jurnalistlər ticarət mövzusu ilə bağlı iclasın keçirildiyi məkana köçürülüblər.

Bin Salman bazar günü axşam Əlcəzairə səfər edib. Ərəbistan vəliəhdi Əlcəzairdə geniş etirazlar ilə qarşılaşıb.

Əlcəzairin 17 tanınmış media nümayəndəsi və ictimai xadimi bəyanat yayaraq, Bin Salmanın bu ölkəyə olan səfərinə qarşı çıxıb və bu səfəri əlcəzairləri təhrik edən hərəkət adlandırıblar.

Bin Salman ötən həftə Tunisə olan səfəri zamanı da mətbuat konfransını ləğv etməyə məcbur olmuşdu. Ərəbistan vəliəhdi "Qaşıqçı" olayı və Yəməndəki müharibə cinayətləri ilə bağlı suallar ilə üzləşməkdən qorxduğu üçün jurnalistlərin qarşısında çıxmaqdan imtina edib.

Misir, Tunis, Mərakeş, Mavritaniya və Əlcəzair kimi Afrika ölkələrində ictimai xadimlər və insan haqları müdafiəçiləri ötən günlər ərzində aksiyalar təşkil edərək, Məhəmməd Bin Salmanın ölkələrinə səfər etməsinə qarşı çıxıblar.

Teqlər