Netanyahu və Pompeo görüşü; müzakirə mövzusu İran
Dek 04, 2018 07:12 Asia/Baku
-
və Pompeo görüşü; müzakirə mövzusu İran
İsrailin baş naziri Benyamin Netanyahu Brüsseldə ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Netanyahu və Pompeo bu görüşdə "İranın regiondakı destruktuv fəaliyyətləri" adlandırdıqları mövzu barədə müzakirə ediblər.
İsrailin baş naziri bu görüşdə ABŞ-ın İranın raket proqramına qarşı son mənfi təbliğatlarını alqışlayıb.
Mayk Pompeo çərşənbə axşamı İran İslam Respublikasının son zamanlar müxtəlif döyüş başlıqları daşımağa qadir olan orta mənzilli ballistik raketini sınaqdan keçirdiyini iddia edib.