Səudiyyə koalisiyasının hücumlarında 3 yəmənli qadın həyatını itirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329481-səudiyyə_koalisiyasının_hücumlarında_3_yəmənli_qadın_həyatını_itirib
Ərəbistanın başçılıq etdiyi koalisiyanın tabeliyində olan təcavüzkar və muzdlu qüvvələr Yəmənin Əl-Hudəydə vilayətində yerləşən Durəyhimi şəhərində mənzillərə soxularaq, bir ailənin üzvü olan 3 qadını qətlə yetiriblər. Bu hadisədə bir çox adam da xəsarət alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2018 14:40 Asia/Baku
  • Səudiyyə koalisiyasının hücumlarında 3 yəmənli qadın həyatını itirib

Ərəbistanın başçılıq etdiyi koalisiyanın tabeliyində olan təcavüzkar və muzdlu qüvvələr Yəmənin Əl-Hudəydə vilayətində yerləşən Durəyhimi şəhərində mənzillərə soxularaq, bir ailənin üzvü olan 3 qadını qətlə yetiriblər. Bu hadisədə bir çox adam da xəsarət alıb.

Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Yəmən böhranı ilə bağlı bu gün İsveçrədə başlanan sülh müzakirələri ilə bir vaxtda Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri His şəhərinin şimal-şərqində yaşayış məntəqəsini ağır artilleriya ilə atəşə tutublar. 

Ötən gecə də Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri Əl-Hudəydə vilayətində yerləşən 16-cı kilometr məntəqəsindəki Zəfəran kəndini 60 ədəd top mərmisi ilə hədəfə alıblar.