Dek 08, 2018 09:34 Asia/Baku
  • 37-ci qayıdış haqqı yürüşlərində 17 fələstinli yaralanıb
    37-ci qayıdış haqqı yürüşlərində 17 fələstinli yaralanıb

Sionist rejim hərbçiləri qayıdış haqqı yürüşlərində iştirakçıların üzərinə atəş açaraq 17 fələstinlini yaralayıblar.

İRİB-in verdiyi məlumata görə, 37-ci qayıdış haqqı yürüşləri dünən "Böyük daş intifazəsi" adı altında keçirildi. 

Bu din yürüşlərə 30 mart torpaq günündə Qəzzə zolağında start verilmişdir. 

Qayıdış haqqı yürüşlərinin başlanmasından bəri 240-dan çox fələstinli sionist rejim hərbçiləri tərəfindən şəhid edilib və 25 mindən çox fələstinli yaralanıb. 

Torpaq günü 1976-cı il 30 martda fələstinlilərin torpaqlarının sionist rejim tərəfindən müsadirə edilməsini xatırlayır. 

Sionist rejim fələstinlilərin torpaqlarını müsadirə etmək və orada sionist qəsəbələr salmaqla ərazidə etnik tərkibi dəyişmək və öz işğalçılığını təsbit etməyi planlaşdırır.

Teqlər