Netanyahu sionist rejimin Ərəbistanla əlaqələrini rəsmiləşdirməyə çalışır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329769-netanyahu_sionist_rejimin_Ərəbistanla_əlaqələrini_rəsmiləşdirməyə_çalışır
Sionist "Tayms" qəzeti yazıb ki, sionist rejimin baş naziri Benyamin Netanyahu bu rejimin Ərəbistanla əlaqələrini rəsmiləşdirməyə çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2018 06:16 Asia/Baku
  • Netanyahu sionist rejimin Ərəbistanla əlaqələrini rəsmiləşdirməyə çalışır
    Netanyahu sionist rejimin Ərəbistanla əlaqələrini rəsmiləşdirməyə çalışır

Sionist "Tayms" qəzeti yazıb ki, sionist rejimin baş naziri Benyamin Netanyahu bu rejimin Ərəbistanla əlaqələrini rəsmiləşdirməyə çalışır.

Sionist "Tayms" qəzeti qeyd edib ki, sionist rejimin casusuluq təşkilatı- MOSSAD-ın rəisi Yossi Kohen və bir qrup amerikalı rəsmi bu məqsədə çatmaqda Netanyahuya kömək edirlər.

Bu məlumata görə, Netanyahu ümid edir ki, Vaşinqtonun həmkarlığı ilə işğal olunmuş Fələstindəki qarşıdakı seçkilərdən öncə bu məqsədə çatacaq. 

İşğal olunmuş Fələstində ümumi seçkilər 2019-cu ilin noyabrında keçirilməlidir. Əlbəttə, bəziləri bu qənaətdədirlər ki, bu seçkilər vaxtından qabaq keçirilə bilər.

Bəzi sionist mənbələr də bildiriblər ki, sionist rejim çoxlu sayda ərəb ölkəsi ilə geniş müzakirələr aparmaqdadır.