İşğal olunmuş Qolan yüksəkliklərinin sakinləri sionist rejimin yəhudiləşdirmə planlarına qarşı çıxıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329773-İşğal_olunmuş_qolan_yüksəkliklərinin_sakinləri_sionist_rejimin_yəhudiləşdirmə_planlarına_qarşı_çıxıblar
İşğal olunmuş Qolan yüksəkliklərinin sakinləri bir daha sionist rejimin yəhudiləşdirmə planlarına qarşı çıxıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2018 08:56 Asia/Baku
  • İşğal olunmuş Qolan yüksəkliklərinin sakinləri sionist rejimin yəhudiləşdirmə planlarına qarşı çıxıblar
    İşğal olunmuş Qolan yüksəkliklərinin sakinləri sionist rejimin yəhudiləşdirmə planlarına qarşı çıxıblar

İşğal olunmuş Qolan yüksəkliklərinin sakinləri bir daha sionist rejimin yəhudiləşdirmə planlarına qarşı çıxıblar.

Sionist rejim 1967-ci ildə Suriyanın Qunəytrə vilayətinin ərazilərindən olan Qolan yüksəkliklərinin 1200 kvadrat kilometrini işğal və 1981-ci ildə bu əraziləri işğal olunmuş ərazilərə qatdı. Dünya ictimaiyyəti bu ərazilərin işğal olunmuş ərazilərə qatılmasını tanımayıbdır.

Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, Qolan məntəqəsinin sakinləri dünən sionist qəsbkarların əkin sahələrində hava turbinlərinin işə salınmasına dair son planı ilə müxalifət edərək, bildiriblər ki, bu turbinlər onların kənd təsərrüfatı məhsulları üçün böyük bir təhlükə sayılır.

Sionist rejimin başçıları əl-Həfayir, Səhita, əl-Xəvarit, əl-Məsnə, Həma əl-Məşrifə və Rəəbnə məntəqələrində 52 hava turbini yerləşdirməklə Qolanda yaşayan suriyalıları bu məntəqədən çıxarmaq üzrə yeni bir plan icra etməyə çalışırlar.