Ərəbistan Yəmən sülh müzakirələrində ciddi deyil
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329775-Ərəbistan_yəmən_sülh_müzakirələrində_ciddi_deyil
Yəmən silahlı qüvvələrinin sözçüsü vurğulayıb ki, təcavüzkar səud koalisiyasının bu ölkəyə qarşı hücumlarının İsveçdə keçirilən müzakirələr ilə bir zamanda davam etməsi Ərriyadın sülhün reallaşmasında ciddi olmadığını göstərir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2018 08:58 Asia/Baku
  • Ərəbistan Yəmən sülh müzakirələrində ciddi deyil
    Ərəbistan Yəmən sülh müzakirələrində ciddi deyil

Yəmən silahlı qüvvələrinin sözçüsü vurğulayıb ki, təcavüzkar səud koalisiyasının bu ölkəyə qarşı hücumlarının İsveçdə keçirilən müzakirələr ilə bir zamanda davam etməsi Ərriyadın sülhün reallaşmasında ciddi olmadığını göstərir.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri deyib ki, Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın hücumları İsveçdə keçirilən Yəmən sülh müzakirələrinə bir kömək etməyəcəkdir.

Yəmən sülh müzakirələrinin dördüncü turu dekabrın altısından yəmənli tərəflərin, eləcə də BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifitsin iştirakı ilə bir həftə müddətinə İsveçin Stokholm şəhərində keçirilir.

Yəmən sülh müzakirələrinin başlanmasından bəri nəinki səudların və onların müttəfiqlərinin Yəmənə qarşı hücumları azalmayıb, əksinə daha da şiddətlənibdir.

Təcavüzkar səud koalisiyasının qırıcıları dünən axşamçağı Yəmənin qərbində yerləşən Əlhudəydə əyalətindəki "Fələkə əl-Rəbsə" məntəqəsini bombalayıblar. Bu hücumda azı iki mülki şəxs ölüb, səkkiz nəfər də yaralanıbdır.