Əfqanıstanda 33 terrorçu öldürülüb
Dek 09, 2018 17:10 Asia/Baku
-
Əfqanıstanda 33 terrorçu öldürülüb
Əfqanıstan təhlükəsizlik qüvvələrinin bu ölkənin müxtəlif məntəqələrində terrorçuların mövqelərinə qarşı bir neçə əməliyyatında onlardan 33 nəfər öldürülübdür.
Əfqanıstanın müdafiə nazirliyi bildirib ki, bu əməliyyatlar ordunun aviasiya və artilleriya bölmələrinin himayəsilə ötən sutka ərzində Hərat, Qəzney, Nəngərhar, Kapisa, Lougər, Pəktiya, Fərah, Səmənqan, Qonduz, Zabol və Hilmənd vilayətlərində həyata keçirilib və nəticədə daha 19 terrorçu yaralanıb və 18 terrorçu da həbs olunubdur.
Həmçinin bu əməliyyatlarda terrorçuların müəyyən miqdarda silah və sursatı müsadirə olunubdur.
Əfqanıstanın müdafiə nazirliyi terrorçuların kimliklərinə işarə etməyibdir.