Qətər Ər-Riyad sammitinin yekun qətnaməsini qınadı
Dek 10, 2018 13:15 Asia/Baku
-
Qətər Ər-Riyad sammitinin yekun qətnaməsini qınadı
Qətər Ər-Riyadda keçirilən Fars Körfəzi Əməkdaşlıq Şurasının yekun bəyanatını "dayaz" adlandıraraq, bu şuranın üz-üzə olduğu həqiqi problemlərin diqqətdən kənarda saxlanıldığını bildirib.
Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin 39-cu sammiti bazar günü Ər-Riyadda öz işini başa vurub. Bəzi üzv ölkələrin aşağı səviyyədə iştirak etdiyi sammit nəticəsiz başa çatıb. Qətər əmiri və Oman kralı Ər-Riyad sammitinə qatılmayıblar.
Əl-Aləm kanalının bildirdiyinə görə, Qətərin Xarici İşlər N azirliyinin Mətbuat Xidmətinin rəhbəri Əhməd Əl-Mərihi Ər-Riyad iclasında Fars Körfəzi böhranının o cümlədən Qətərin mühasirədə saxlanılmasının və bu böhranın həll yollarının gündəmə gətirilməməsini tənqid edib.