Naftali Bennett İsrail ordusunun zəif olduğunu etiraf etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329937-naftali_bennett_İsrail_ordusunun_zəif_olduğunu_etiraf_etdi
Ramallahda sionistlər əleyhinə həyata keçirilən Ofra əməliyyatının ardınca İsrailin təhsil naziri təhlükəsizlik siyasətinin yetərsiz, ordunun isə aciz olduğunu etiraf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2018 13:49 Asia/Baku
  • Naftali Bennett İsrail ordusunun zəif olduğunu etiraf etdi
    Naftali Bennett İsrail ordusunun zəif olduğunu etiraf etdi

Ramallahda sionistlər əleyhinə həyata keçirilən Ofra əməliyyatının ardınca İsrailin təhsil naziri təhlükəsizlik siyasətinin yetərsiz, ordunun isə aciz olduğunu etiraf edib.

Qətərin "21" informasiya portalının verdiyi məlumata görə, "Yəhud Evi" partiyasının sədri olan Naftali Bennett İsrail ordusunun zəif olduğunu etiraf edib və deyib: İsrailin təhlükəsizlik siyasəti məğlub olub və müqavimət qüvvələrini önləyə biləcək heç bir amil mövcud deyil. 

Naftali Bennett baş nazir Benyamin Netanyahudan ordudakı yaramaz vəziyyətə aydınlıq gətirməsini istəyərək, bir daha sionistlərə qarşı müqavimət əməliyyatında iştirak edən fələstinlilərin edam olunmasını istəyib. 

İsrailin təhsil naziri həmçinin, İran, Suriya, Livan və Fələstin İslam Müqaviməti Hərəkatının (Həmas) İsrail ordusu qarşısında daha güclü olmasından nigaranlıq edib. 

Bazar günü axşam bir fələstinlinin idarə etdiyi avtomobildən Ofra qəsəbəsi yaxınlığında sionist qəsəbə sakinlərini daşıyan avtomobilə atəş açılıb. Nəticədə 11 sionist xəsarət alıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağır elan edilib.