M.Əbdussəlam: Əcnəbi qüvvələrin Yəməndə iştirakı əsaslandırılası deyil
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330021-m.Əbdussəlam_Əcnəbi_qüvvələrin_yəməndə_iştirakı_əsaslandırılası_deyil
Yəmənin Ənsarullah hərəkatının İsveç sülh müzakirələrindəki müzakirə heyətinin sədri vurğulayıb ki, əcnəbi qüvvələrin Yəməndə iştirakları üçün heç bir əsas yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2018 07:17 Asia/Baku
  • M.Əbdussəlam: Əcnəbi qüvvələrin Yəməndə iştirakı əsaslandırılası deyil
    M.Əbdussəlam: Əcnəbi qüvvələrin Yəməndə iştirakı əsaslandırılası deyil

Yəmənin Ənsarullah hərəkatının İsveç sülh müzakirələrindəki müzakirə heyətinin sədri vurğulayıb ki, əcnəbi qüvvələrin Yəməndə iştirakları üçün heç bir əsas yoxdur.

Muhəmməd Əbdussəlam dünən gecə Yəmənin siyasi böhranının dialoq və siyasi yol ilə həllini vurğulayıb. O, belə qeyd edib: Əcnəbi qüvvələrin Yəməndə iştirakı bu ölkənin əsas qanununa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

Yəmənin Ənsarullah hərəkatının müzakirə heyətinin sədri həmçinin vurğulayıb ki, bu heyət Yəmən xalqının problemləriə son qoymaq üçün hər cür hissolunan addımın atılması məqsədilə bu müzakirələrdə iştirak edir.

Yəmənli tərəflər arasında İsveç sülh müzakirələrinin başlanmasından bir neçə gün sonra hələ bu müzakirələrdə hissolunan bir nəticə əldə olunmayıbdır.

Yəmən sülh müzakirələrinin dördüncü turu dekabrın altısında İsveçin Stokholm şəhərində başlanıb. Bu müzakirələrdə yəmənli tərəflərlə yanaşı, BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifits də iştirak edir.

Müzakirələrin bu turunun öncə sentyabrın altısında İsveçrənin Cenevrə şəhərində keçirilməsi qərara alınmışdı. Amma əmirliklər və səud rejimlərinin sabotajları ilə müzakirə təxirə düşdü.

Yəmən böhranının həlli üzrə siyasi danışıqlar indiyədək dəfələrlə səudiyyə rejimi ilə müttəfiqlərinin sabotajları ucbatından uğursuz qalıbdır.

Müzakirələrlə bir zamanda təcavüzkar səud koalisiyası dəfələrlə yəmənli mülkiləri və Yəmənin mülki məntəqələrini qırıcılarla hədəfə alıbdır. Onların ən yenisində biri hamilə olan iki qadın təcavüzkarların və onların muzdurlarının Əlhudəydə və Təiz əyalətlərindəki hava və quru hücumlarında şəhid olubdur.

Yəmən silahlı qüvvələrinin sözçüsü deyib: Təcavüzkarlar ötən iki sutka ərzində və İsveçdəki məşvərətlərlə bir zamanda, əlli iki dəfə Yəmənin müxtəlif məntəqələrini bombalayıblar.

Briqada generalı Yəhya əl-Səri əlavə edib: Təcavüzkarlar və onların muzdurları bundan əlavə, yaşayış massivlərini güclü artilleriya və raket atəşlərinə tutublar.