Fələstinlilər Tulkərmdə etiraz və tətil aksiyası keçiriblər
Tulkərm sakinləri İsrailin cinayətlərinə etiraz olaraq, geniş aksiya keçiriblər.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, 3 fələstinli mübarizin şəhid edilməsinin ardınca Tulkərm şəhəri cümə axşamı geniş etiraz aksiyasının şahidi olub. Fələstinlilər İsrail rejiminə qarşı şüarlar verərək, şəhidlərin intiqamını alacaqlarını bildiriblər.
Fələstinin Milli Təşəbbüs Hərəkatının baş katibi Mustafa Bərğusi isə deyib: Qərb sahili hazırda həqiqi bir xalq intifazəsi ərəfəsindədir. Və İşğalçı rejim ordusu ayaq basdığı hər yerdə fələstinli gənclərin müqaviməti ilə üzləşir.
Bərğusi əlavə edib: işğalçıların cinayətləri və onların fələstinlilərə qarşı zülmü sadəcə onlara qarşı mübarizə ruhunun daha da möhkəmlənməsinə səbəb olur.
İsrail rejimi çərşənbə axşamı gecə saatlarından başlayaraq, səhər saatlarına kimi davam edən bir əməliyyatda 3 fələstinli mübarizi şəhid edib.