Fələstinlilər İsrailin cinayətlərinə etiraz olaraq Ramallahda aksiya keçiriblər
Yüzlərlə fələstinli Ramallah şəhərində aksiya keçirərək, sionist rejimin Qüds, Nablos və Ramallahda törətdiyi cinayətləri pisləyib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, fələstinlilərin etiraz aksiyasının kordinatoru olan Usam Bəkr Ramallahda İsrailin cinayətlərinə etiraz edən yüzlərlə fələstinli qarşısında etdiyi çıxışında deyib: Sionistlərin fələstinlilərə qarşı cinayətləri bu xalqın mübarizədən əl çəkməsinə səbəb olmayacaq.
Fələstinli Əsirlər və Didərginlər üzrə Ali Heyətin sədri Amin Şuman da sionistlərə qarşı mübarizəni Fələstin xalqının haqqı adlandırıb və Qüdsün paytaxt olması ilə müstəqil Fələstin ölkəsinin təşkil olunacağı zamana kimi mübarizənin davam edəcəyini deyib.
Fələstin İslam Müqaviməti Hərəkatı Həmas da bir bəyanat yayaraq, bildirib: Sionistlər işğal etdikləri Fələstin ərazilərində təhlükəsizliyə malik olmayacaqlar və Fələstin xalqının seçimi işğal edilmiş ərazilərin azad edilməsidir.
Fələstinin Müqavimət Komitələri də bildiriblər ki, fələstinlilərin müqavimət əməliyyatları sionist rejimin məğlubiyyətinin nişanəsidir və Fələstin xalqının müqaviməti məğlubedilməzdir.
İsrail rejimi cərşənbə günü axşam saatlarından başlayaraq, cümə axşamı səhər saatlarına kimi həyata keçirdiyi əməliyyatda Burkan müqavimət əməliyyatının icraçısı Əşrəf Nəalvə, Ufra müqavimət əməliyyatının icraçısı Salih Bərğusi və Qüds müqavimət əməliyyatının icraçısı Məcd Camal Mutiri şəhid edib.