İordaniyadan 5700-dən çox suriyalı didərgin öz ölkəsinə qayıdıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330261-İordaniyadan_5700_dən_çox_suriyalı_didərgin_öz_ölkəsinə_qayıdıb
İordaniyada rəsmi mənbə bildirib ki, payızın əvvəllərində Nəsib keçidinin açılmasından bəri 5703 suriyalı didərgin öz ölkəsinə qayıdıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2018 09:31 Asia/Baku
  • İordaniyadan 5700-dən çox suriyalı didərgin öz ölkəsinə qayıdıb
    İordaniyadan 5700-dən çox suriyalı didərgin öz ölkəsinə qayıdıb

İordaniyada rəsmi mənbə bildirib ki, payızın əvvəllərində Nəsib keçidinin açılmasından bəri 5703 suriyalı didərgin öz ölkəsinə qayıdıb.

Nəsib-Cabir keçidi 2015-ci ildə terrorçu qruplar tərəfindən işğal edildikdə bağlandı amma Suriya ordusu cari il yayda keçidə nəzarəti bərpa edə bildi. 

Bu keçidin azad edildikdən sonra  yenidən açılması da uzandı. İordaniya rəsmiləri bu gecikmədə rəsmi Dəməşqi günahlandırırdılar. Suriyalı qaynaqlar isə keçidin açılmasındakı gecikmə barədə bildirdilər ki, İordaniya Amerikanın təhriki ilə Nəsib keçidinin açılmasını gecikdirir və bu sahədə rəsmi Dəməşqi günahkar göstərməyə çalışır.