Netanyahu fələstinli müqavimət qüvvələrinin evlərinin dağıdılmasına dair göstəriş verdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330324-netanyahu_fələstinli_müqavimət_qüvvələrinin_evlərinin_dağıdılmasına_dair_göstəriş_verdi
İsrailin baş naziri ötən həftə bu rejim hərbçilərinə qarşı müqavimət əməliyyatında iştirak edən fələstinlilərin evlərinin dağıdılmasını istədi.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Dek 16, 2018 15:30 Asia/Baku
  • Netanyahu fələstinli müqavimət qüvvələrinin evlərinin dağıdılmasına dair göstəriş verdi
    Netanyahu fələstinli müqavimət qüvvələrinin evlərinin dağıdılmasına dair göstəriş verdi

İsrailin baş naziri ötən həftə bu rejim hərbçilərinə qarşı müqavimət əməliyyatında iştirak edən fələstinlilərin evlərinin dağıdılmasını istədi.

İRNA-nın məlumatına görə, Benyamin Netanyahu bazar günü sionist rejimin nazirlər kabinetinin iclasında bir daha fələstinli mübarizlərin evlərinin dağıdılmasını istəyib. Bu istiqamətdə İsrail hərbçiləri ötən gün Əl-Əməri düşərgəsində Əbu Həmid adlı fələstinli mübariz qadının evini dağıdıblar.

Üm Nasir Əbu Həmid bir şəhid və 6 əsir anasıdır. Onun 4 övladı İsrail rejimi tərəfindən ömürlük həbsə məhkum edilib. Əbu Həmid deyib: Fələstinlilərin evlərinin dağıdılması fələstin xalqının daha artıq müqavimət göstərməsinə səbəb olacaq.

Əbu Həmidin mənzili indiyə kimi üç dəfə dağıdılıb.