İsrail Qərb Sahilində hərbçilərinin oğurlanmasından qorxur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330326-İsrail_qərb_sahilində_hərbçilərinin_oğurlanmasından_qorxur
İsrailin 10-cu telekanalı İordan çayının qərb sahilində sionist hərbçilərin oğurlanması ehtimalının güclənməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2018 15:31 Asia/Baku
  • İsrail Qərb Sahilində hərbçilərinin oğurlanmasından qorxur
    İsrail Qərb Sahilində hərbçilərinin oğurlanmasından qorxur

İsrailin 10-cu telekanalı İordan çayının qərb sahilində sionist hərbçilərin oğurlanması ehtimalının güclənməsindən xəbər verib.

İsrailin 10-cu telekanalı bildirib: İordan çayının qərb sahilindəki müqavimət qüvvələri İsrail hərbçiləri ilə mübarizədə böyük iradəyə və müqavimət əməliyyatları üçün münasib imkanlara malikdirlər.

Bu məlumata görə, Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın qənaətinə görə, İsrail Qəzzə zolağında atəşkəslə bağlı anlaşmaya nail olduqdan sonra, daha zəif mövqedədir. Buna görə də. Qərb sahilində var gücü ilə müqavimət əməliyyatı həyata keçirməyə hazırlaşır.

Fələstin İslami Müqavimət Hərəkatı Həmas  ötən həftə Qərb sahilində sionsitlərə qarşı bir neçə müqavimət əməliyyatı həyata keçirərək, 3 İsrail hərbçisini öldürmüşdü. Bu əməliyyatlarda daha bir İsrail hərbçisi də yaralanmışdı.