ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi: Vaşinqton artıq Əsədi devirmək istəmir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330504-abŞ_ın_suriya_məsələləri_üzrə_xüsusi_nümayəndəsi_vaşinqton_artıq_Əsədi_devirmək_istəmir
ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi deyib: Vaşinqton artıq Suriya prezidenti Bəşşar Əsədi devirmək niyyətində deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2018 09:33 Asia/Baku
  • ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi: Vaşinqton artıq Əsədi devirmək istəmir
    ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi: Vaşinqton artıq Əsədi devirmək istəmir

ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi deyib: Vaşinqton artıq Suriya prezidenti Bəşşar Əsədi devirmək niyyətində deyil.

Mehr informasiya agentliyinin bildirdiyinə görə, Ceyms Cefri "Atlantik" araşdırmalar mərkəzində etdiyi çıxışında deyib: Suriya hökumətinin ciddi islahatlar həyata keçirmədiyi zamana kimi Vaşinqton və müttəfiqləri Suriyanın bərpası prosesinə maliyyə dəstəyi verməyəcəklər. 

ABŞ-ın Suriya məsələləri üzrə nümayəndəsi daha sonra bir daha köhnə iddialar və ittihamları təkrar edərək, İranın hərbi attaşelərinin Suriyadan çıxmasını istəyib. 

İran İslam Respublikası ABŞ və müttəfiqlərinin Suriyada dəstəklədikləri terrorçulara qarşı savaşda Suriya hökumətinə dəstək vermək üçün  Dəməşqin rəsmi istəyi əsasında bu ölkəyə hərbi attaşe səviyyəsində yardım edir. ABŞ və İsrail başçıları isə bu məsələdən narazıdırlar. 

Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə ABŞ, Ərəbistan və müttəfiqlərinin himayə etdikləri terrorçuların Əsəd hökumətini devirmək və regionda güc balansını İsrailin xeyrinə dəyişmək habelə, müqavimət cəbhəsini zəiflətmək üçün Suriyaya geniş hücumu ilə başlandı.