Yəmənli qüvvələr Cizanı 4 raket ilə vurdular
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330505-yəmənli_qüvvələr_cizanı_4_raket_ilə_vurdular
Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın təcavüzlərinə cavab olaraq bu ölkənin cənubunda yerləşən Cizan vilayətində Ərəbistan hərbçilərinin mövqelərini yerli istehsal olan 4 ədəd "Zilzal-1" raketiilə hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2018 09:33 Asia/Baku
  • Yəmənli qüvvələr Cizanı 4 raket ilə vurdular
    Yəmənli qüvvələr Cizanı 4 raket ilə vurdular

Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın təcavüzlərinə cavab olaraq bu ölkənin cənubunda yerləşən Cizan vilayətində Ərəbistan hərbçilərinin mövqelərini yerli istehsal olan 4 ədəd "Zilzal-1" raketiilə hədəfə alıblar.

Fras xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri atılan raketləri hədəfi yüksək dəqiqliklə vurduğunu elan edərək, bu hücumda bir qrup Ərəbistan hərbçisinin öldüyü və yaralandığını bildirib. 

Yəmən ordusu və xalq qüvvələri bazar günü axşam da Ərəbistan hərbçilərinin "Cəbəl Qeys"dəki mövqelərini 4 ədəd "Zilzal-1" raketi ilə hədəfə almışdılar. 

Yəmənin Ərəbistana olan raket hücumları İsveç sülh müzakirələrinə görə 2 həftəlik fasilədən sonra yenidən bərpa edilib. Bunun səbəbi Səudiyyə koalisiyasının Stokholm müzakirələrində atəşkəslə bağlı anlaşmanın əldə olunmasına rəğmən Yəmənə qarşı öz hücumlarını davam etdirməsidir.