Suriya nefti ABŞ-ın himayəsində olan terrorçular tərəfindən qaçaq edilir
İnformasiya qaynaqları peyk vasitəsilə çəkilmiş fotoşəkillər yayımlayaraq, Fəratın şərq sahilindəki terrorçuların ABŞ-ın dəstəyi ilə Suriya neftinin qaçaq yolla satışı ilə məşğul olduqlarını bildiriblər.
Suriyanın dövlət xəbər agentliyi SANA bildirir: Rusiya peyləri və kəşfiyyat təyyarələri tərəfindən çəkilmiş bu fotoşəkillərə əsasən, Fərat çayının şərq sahilindəki terrorçu qruplar bu ölkə neftini tankerlər vasitəsilə qaçaq yolla Türkiyəyə aparırlar.
Bu məlumata görə, ABŞ-ın başçılıq etdiyi beynəlxalq Anti-İŞİD koalisiyası Suriya neftinin qaçaq edilməsi əməliyyatına dəstək verir.
İnformasiya vasitələri və sosial şəbəkələrdə yayılan fotoşəkillərə əsasən Suriyadakı terrorçular ABŞ-ın dəstəyi ilə işğal altında olan ərazilərdən qaçaq yolla Türkiyəyə neft daşıyırlar.
Analitiklərin bildirdiklərinə görə, Suriya neftinin qarət və qaçaq edilməsi terrorçuların əsas gəlir mənbəyi sayılır.
Amerika 2014-cü ilin avqustunda Suriyada terrorçuları himayə etmək və onların tamamilə məhv olmasını önləmək üçün İŞİD əleyhinə mübarizə adı altında beynəlxalq koalisiya yaratdı.
Suriya hökuməti dəfələrlə BMT-nin baş katibinə və təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayaraq, ABŞ-ın cinayətlərinə son qoyulmasını istəyib.