Dek 18, 2018 17:40 Asia/Baku
  • Livan ordusu sionistləri geri çəkilməyə məcbur etdi
    Livan ordusu sionistləri geri çəkilməyə məcbur etdi

Livan ordusu işğalçı sionistləri Mis Əl-Cəbəl məntəqəsindəki mavi zolaqdan geri çəkilməyə məcbur edib.

Əl-Əhd informasiya kanalının verdiyi məlumata görə, Livan ordusu İsrail hərbçilərinin Livan ilə işğal edilmiş Fələstin arasındakı sərhəd məntəqədə tikanlı tellərin istiqamətini dəyişməsinə mane olub.

İsrail hərbçiləri həmçinin, Mis Cəbəl məntəqəsindəki qazıntıları və tunellərin dağıdılması əməliyyatını da dayandıraraq, qazma maşınlarını tikanlı tellərin arxasına çəkiblər.

Mavi xətt Livan ilə işğal edilmiş Fələstin arasındakı sərhədi təyin edir. Bu xətt İsrail ordusunun 2000-ci ildə Livan ərazisindən geri çəkilməsinin ardınca BMT tərəfindən çəkilib.

İsrail rejimi 4 dekabrdan başlayaraq, Livan Hizbullahı tərəfindən qazıldığını iddia etdiyi tunellərin dağıdılması əməliyyatına başlayıb.

Bu əməliyyatın başlanması ilə bir vaxtda Livan ordusu sionist düşmənin sərhəd məntəqədəki təxribatı hərəkətlərini önləək üçün tam hazırlığa malik olduğunu bildirib.

Teqlər