İraq prezidenti Suriyaya gedir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330614-İraq_prezidenti_suriyaya_gedir
İraq prezidenti Bərhəm Saleh qarşıdakı günlərdə Suriyaya səfər edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2018 12:23 Asia/Baku
  • İraq prezidenti Suriyaya gedir
    İraq prezidenti Suriyaya gedir

İraq prezidenti Bərhəm Saleh qarşıdakı günlərdə Suriyaya səfər edəcək.

Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, bir iraqlı diplomat bildirib ki, bu ölkənin prezidenti Bərhəm Saleh qarşıdan gələn günlərdə Dəməşqə rəsmi səfər edəcək. 

Sudanın prezidenti Ömər Əl-Bəşir də son günlərdə Dəməşqdə rəsmi səfərdə idi. 

Suriyanın xarici işlər naziri Vəlid Əl-Müəllim Dəməşqdə universitet tələbə və müəllimləri ilə görüşündə deyib: Ömər Əl-Bəşirin Suriyaya səfəri Suriyaya qarşı mühasirənin yarılması əleyhinə həyata keçən növbəti səfərdir. 

Ənnəşrə internet portalı da bu günkü sayında yazıb: Sudan prezidenti Ömər Əl-Bəşirin Suriyaya səfəri bu ölkə ilə əlaqədar sadəcə regional və beynəlxalq bir hadisə deyil həm də o bu səfərlə  digər ərəb ölkələrinin rəhbərlərinin Suriyaya səfərinə yol açmış oldu. 

Ərəb ölkələrinin Suriya ilə əlaqələrini gücləndirlmələri rəsmi Dəməşqin öz önəmli regional və beynəlxalq rolunu bərpa etməsi ilə nəticələnəcək.