ABŞ-ın hərbi təchizatlar daşıyan yük maşınları Suriyadan çıxıblar
Dek 20, 2018 15:28 Asia/Baku
ABŞ prezidentinin bu ölkə hərbçilərinin Suriyadan çıxmaları barədəki qərarının ardınca Amerikanın hərbi təchizatlar daşıyan yüzlərlə yük maşını Suriyadan çıxıbdır.
Amerikanın hərbi təchizatlar daşıyan yüzlərlə yük maşını bu gün Suriya kürdlərinin demokratik birlik partiyasının nəzarətində olan məntəqələrdən İraq sərhədində yerləşən "Simalka" keçidinə tərəf tərk edibdir.
Dünən Amerika prezidenti Donald Trampın İŞİD-in məğlubiyyətinin yalnız bu ölkənin hərbi qüvvələrinin Suriyadakı iştirakına görə olmasına dair iddiasından sonra Ağ Ev bir bəyanatda bildirdi ki, amerikalı hərbçilərin Suriyadan geri qaytarılmaları prosesi başlanıbdır.
Teqlər