Ərəbistanda edamlar artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330779-Ərəbistanda_edamlar_artıb
İngiltərədə çıxan "Daily Mail" qəzeti yazıb ki, Muhəmməd bin Salmanın vəliəhd seçildiyi zamandan bəri Ərəbistanda edamlar artıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2018 17:01 Asia/Baku
  • Ərəbistanda edamlar artıb
    Ərəbistanda edamlar artıb

İngiltərədə çıxan "Daily Mail" qəzeti yazıb ki, Muhəmməd bin Salmanın vəliəhd seçildiyi zamandan bəri Ərəbistanda edamlar artıbdır.

Qəzet bildirib ki, cari ilin yanvar ayından mart ayınadək Ərəbistanda 133 edam icra olunub. Həmin rəqəm Muhəmməd bin Salmanın vəliəhd seçildiyi zamandan öncəki səkkiz ayda 67 hal olubdur.

Bu qəzet qeyd edibdir ki, 2014-cü ildən bəri Ərəbistanda təqribən 700 nəfər edam olunub və onların arasında mühacirlər də nəzərə çarpır. Yerli hökumət iddia edir ki, onlar mədələrində narkotik qaçaq edirmişlər.

Ərəbistan son illərdə puç ittihamlarla öz müxaliflərindən bir çoxunu ya edam, ya da ki, həbs edibdir. Edamlar digər ölkələrin vətəndaşlarına da şamil edilibdir.

İndoneziya xarici işlər nazirliyinin məlumatına əsasən, ali-səud hökuməti 2011-2018-ci illər arasında başlıca olaraq, Ərəbistanda ev xidmətçiləri olmuş 103 fəhlə üçün müxtəlif ittihamlarla edam hökmü çıxarıbdır.

Həmçinin Human Rights Watch təşkilatı son zamanlar bir bəyanatda Ərəbistan başçılarının bu ölkədə insan haqları fəallarının edamı üzrə səylərini dəhşətli hərəkət adlandıraraq, onların dayandırılmasını istəyibdir.