39-cu qayıdış haqqı yürüşlərində 2 fələstinli şəhid olub
-
39-cu qayıdış haqqı yürüşlərində 2 fələstinli şəhid olub
Fələstin Səhiyyə Nazirliyi dünən gecə bildirib ki, Qəzzə zolağında qayıdış haqqı yürüşlərinin 39-cu cüməsində 2 fələstinli şəhid olub, 40 nəfər yaralanıb.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi xatırladıb ki, yaralılar arasında 2 jurnalist və 4 yardımçı da var.
Dünənki qayıdış haqqı yürüşləri " İordan çayının qərb sahilindəki müqavimət qəhrəmanlarına sədaqət" adı altında keçirildi.
Qayıdış haqqı yürüşləri 30 mart torpaq günündən başlayaraq Qəzzə zolağında keçirilməkdədir.
30 martdan bu günədək bu aksiyalarda 250 fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və 26 min fələstinli yaralanıb.
Bir çox ölkələr o sıradan İran İslam Respublikası eləcə də beynəlxalq təşkilatlar sionistlərin bu cinayətini pisləyiblər.
30 mart 1976-cı ildə sionist rejim fələstinlilərin torpaqlarını müsadirə etmək qərarına gəldi və bu gün hər il fələstinlilər tərəfindən torpaq günü adı altında qeyd olunur.
Sionist İsrail rejimi fələstinlilərin torpaqlarını müsadirə etək və orada sionist sakinli qəsəbələr inşa etməklə Fələstin torpaqlarında etnik tərkibi dəyişmək və əraziləri sionistləşdirməklə öz hegemonçu niyyətlərini təsbit etmək istəyir.