"Qayıdış Haqqı" yürüşlərində 39-cu cümə
Qəzzə sakinləri dünən cümə işğal edilmiş Fələstin əraziləri ilə sərhəd məntəqədə keçirilən "Qayıdış Haqqı" yürüşlərinin 39-cu cüməsində sionist düşmənə qarşı mübarizənin davam etdirilməsini vurğulayıblar.
“Qayıdış Haqqı” yürüşlərinin 39-cu cüməsində birin yeniyetmə olmaqla, 3 fələstinli şəhid olub. Fələstinlilər bu dəfə də müqavimətin onların yeganə seçimi olduğuna təkid ediblər. “Qayıdış Haqqı” yürüşünün 39-cu cüməsi “Qərb Sahili Şəhidlərinə Sədaqət” şüarı ilə keçirilib.
Aksiya iştirakçılarından biri deyir: “Onlar bizə terrorçu deyirlər. Biz terrrorçu deyilik. Biz, öz torpaqlarından qovulmuş xalqıq. Biz haqqımızı tələb edirik. Bizim haqqımız torpaqlarımızdır və biz haqqımızı almaq üçün mübarizə aparırıq. Biz hətta, uşaqlarımızın qanı bahasına olsa belə, mübarizədən əl çəkməyəcəyik.”
Bir başqa aksiya iştirakçısı isə deyir: “Biz xəsarət almağımıza rəğmən yürüşlərdə iştirak edirik. Harda olmağımızdan asılı olmayaraq, mübarizəmizi davam etdirəcəyik.”
Fələstinli aksiya iştirakçıları İsrail rejimi ilə əlaqələrini normallaşdırmağa çalışan Ərəb rejimlərinə də xəbərdarlıq edib, Fələstin məsələsinin gündəmdən çıxarılması üzrə səylərin nəticəsiz qalacağını bildiriblər. Onlar, bu yolda nə qədər qurban versələr də, mübarizədən əl çəkməyəcəklərini elan ediblər.
Aksiya iştirakçısı deyir: “Ərəbistana və istənilən digər ərəb ölkələrinə deyirik ki, sizin səyləriniz bizim mübarizələrimizə mane ola bilməz. Əgər, bütün Ərəb dünyası bizə qarşı fitnə hazırlasa da, bizə edilən zülmə göz yumsalar da, biz mübarizədən əl çəkməyəcəyik. Onlar bizi müdafiə etmək yerinə sionistlər ilə əlaqələrini normallaşdırmağa çalışırlar. Hansı günahımıza görə bizi burda qırğın edirlər?”
Fələstinlilər həqiqi mübarizənin “iradə mübarizəsi” olduğunu yaxşı bilirlər. İşğalçıların vəhşiliyi, modern silah cəbbəxanaları və Ərəb ölkələrinin xəyanəti bu xalqın iradəsini qıra və mübarizəsini sonlandıra bilməz.