Yəməndə atəşkəs
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330902-yəməndə_atəşkəs
Yəməndə atəşkəsin elan edilməsinə baxmayaraq, Səudiyyə rejimi hələ də bu ölkəyə qarşı hücumlarını davam etdirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2018 16:31 Asia/Baku
  • Yəməndə atəşkəs
    Yəməndə atəşkəs

Yəməndə atəşkəsin elan edilməsinə baxmayaraq, Səudiyyə rejimi hələ də bu ölkəyə qarşı hücumlarını davam etdirir.

Əl-Hudəydədə atəşkəsin elan olunmasına və Ənsarullahın ona sadiq qalmasına baxmayaraq, Ərəbistan və onun müttəfiqləri atəşkəslə bağlı razılaşmanı pozmaqda davam edirlər. Belə ki, Ərəbistan qırıcıları və Ali-Səudun tabeliyində olan muzdlu qüvvələr Əl-Hudəydə hava limanının ətrafındakı yaşayış massivlərini, 16-cı kilometr məntəqəsindəki qəsəbələri və Əl-Camiə məhəlləsinə raket və artilleriya zərbələri endiriblər. Bu hücumlar bir nəfərin şəhid olması, 7 nəfərin isə  yaralanmasına səbəb olub.

“Təcavüzkarların Əl-Hudəydədə atəşkəsi pozmaları əslində Yəmən müharibəsinin məğlub tərəfinin sülh müzakirələrinin nəticəsinə reaksiyası sayılır.”

 

“Təcavüzkar ölkələrin İsveç anlaşmasına sadiq qalacaqlarını düşünmürəm. Buna görə də BMT və beynəlxalq ictimaiyyət onları buna məcbur etməlidir.”

 

Təcavüzkar qüvvələr BMT müşahidəçilərinin atəşkəsə nəzarət etmək üçün Yəmənə daxil olmasındakı gecikmədən sui-istifadə edərək, Əl-Hudəydəyə olan hücumlarını davam etdirirlər. BMT-nin monitorinq heyəti Əl-Hudəydəyə daxil olduqdan sonra Yəmən savaşında iştirak edən tərəflərin müştərək komitəsinin ahəngdarlığı ilə öz missiyasını həyata keçirməlidir. Bu arada məlumatlı mənbələr Ər-Riyadın himayəsi altında olan muzdlu və təcavüzkar qüvvələrin, atəşkəsə rəğmən, öz mövqelərini möhkəmləndirməklə məşğul olduqlarından xəbər verirlər.     Yəmən ordusu isə Əl-Hudəydəyə ediləcək istənilən hücumun cavabsız qalmayacağını bildirib.

 

“Atəşkəsin təcavüzkarlar tərəfindən intensiv şəkildə pozulması onların mənfur niyyətindən qaynaqlanır və bu ciddi narahatlıq doğurur. Müştərək komitənin fəaliyyətə başladığı və təcavüzkar tərəfin İsveç sülh müzakirələrinə sadiq olduğunu sübut etdiyi zaman,  yekun həll yoluna ümidvar olmaq olar.”

 

Yəmənin İnqilab Komitəsinin sədri Seyid Məhəmməd Əli Əl-Husi də təcavüzkar qüvvələrin Yəmənin qərb sahilində o cümlədən Əl-Hudəydə, Məxa və Əl-Xuxədə öz mövqelərini gücləndirmələrindən nigaranlıq edərək, Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən İsveç sülh müzakirələrində əldə edilmiş anlaşmanın pozulmasına dair xəbərdarlıq edib.