Yəməndə savaş; Nəhəmdə onlarla səudiyyə muzdlusu məhv edildi
-
Yəməndə savaş; Nəhəmdə onlarla səudiyyə muzdlusu məhv edildi
Yəmən ordusu və xalq qüvvələri Məarib vilayətinin qərbində yerləşən Nəhəm şəhərində Səudiyyə muzdlularının mövqelərinə qarşı gözlənilməz hücumda onlarla nəfəri öldürüb və yaralayıblar.
Əl-Aləm kanalının bildirdiyinə görə, Yəmən ordusu və xalq qüvvələri Səudiyyə muzdlularının Nəhəm təpələrinə doğru irəliləməsinə mane olaraq, bir qrup muzdlunu öldürüb və yaralayıblar.
Yəmən müharibəsi informasiya qərargahı isə Əl-Bəyza vilayətində Səudiyyə muzdlularına məxsus bir ədəd tankın vurulmasından xəbər verib.
Ərəbistan 2015-ci ilin martından etibarən ABŞ-ın himayəsi və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Yəmənə qarşı hərtərəfli savaşa başlayıb. Ərəbistanın Yəmənə qarşı təcavüzləri indiyə kimi on minlərlə insanın ölməsi və yaralanması, milyonlarla insanın yaşayış yerini itirməsi ilə nəticələnib. Ölkənin mühasirədə saxlanılması isə onsuz da yoxsul olan ölkəni aclıq və humanitar fəlakətə sürükləyir.