Təl-Əvivdə Netanyahu əleyhinə aksiya keçirilib
Dek 23, 2018 11:09 Asia/Baku
-
Təl-Əvivdə Netanyahu əleyhinə aksiya keçirilib
Yüzlərlə israilli Fransa xalqı kimi sarı jilet geyinərək, Təl-Əvivdə Netanyahu və onun nazirlər kabinetinin siyasətlərinə qarşı etiraz aksiyası keçirilib.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, israillilər sosial-iqtisadi problemlərə etiraz olaraq Təl-Əvivdə keçirilən etiraz aksiyasında Netanyahu əleyhinə şüarlar veriblər.
İsrailli aksiya iştirakçıları 14 dekabrda da işğal edilmiş Fələstin ərazilərində və Beytül-Müqəddəsdə bahalıq əleyhinə etiraz aksiyası keçirmişdlər. Onlar da fransızlardan ilham alaraq, etiraz aksiyasına əyinlərində sarı jiletlər ilə gəliblər.
Yeni milad ilində İsraildə elektrik enerjisi və suya əlavə vergi təyin edilməlidir.
Teqlər